Sürücülərin nəzərinə: Bakıda qəza sıxlığa səbəb oldu – FOTO
Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, H.Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə, şəhər istiqamətində) avtomobil qəzası baş verib.
Avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

