Hadisə 

Bakıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Loğmanov Rəhman Loğman oğlu yolu keçərkən onu “VAZ 21099” markalı nəqliyyat vasitəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Daha çox xəbərlər