Hadisə 

62 yaşlı qadın avtomobil qəzasında öldü

Bakının Xətai rayonunda ölümlə yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Nobel prospektində qeydə alınıb.

1960-cı il təvəllüdlü Vəliyeva Kifayət Vəli qızı yolu keçərkən onu “Chevrolet” markalı avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Daha çox xəbərlər