Sosial 

Sumqayıtda ağaclar kəsildi: İcra hakimiyyəti məsələyə qarışdı

Sumqayıt şəhərində müxtəlif cinsli ağaclar kəsilib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin 30-cu məhəlləsində baş verib.

Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti açıqlama verib.

Qurumdan saytımıza verilən məlumata görə, Sumqayıt şəhər 30-cu məhəllə ərazisində ağacların kəsilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə məlumat daxil olub:

“Ağac kəsən şəxsin aşkar olunması və hadisəyə hüquqi qiymət verilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib”.

Daha çox xəbərlər