Lütf, mərhəmət dolu Ramazan bayramınız mübarək
Allahın mələklərə möminlərə dua etməyi əmr etdiyi ay
Bütövlükdə bəşəriyyətə mərhəmət, sevgi, ədalət və yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılayan müqəddəs Ramazan ayı başa çatmaqdadır. Bu ayın fəzilətləri haqqında əsrlərdir ki, ilahiyyatçı alimlər, üləmalar qalaq-qalaq kitablar, əsərlərərsəyə gətirir, Uca Tanrının müsəlman aləminə ərmağan etdiyi bu ayın dərin qatlarını kəşf etməyə can atırlar. Mənəvi-psixoloji və sosial xarakterini izah etməyə çalışsaq bu ayın yalnız müsəlman aləmi üçün deyil, əslində bəşəri mahiyyət daşıdığınınfərqinə varmış olarıq. Bu mənada İctimai şüurun formalaşmasında, sosial-ədalət prinsiplərinin intişar tapmasında, İslam dininin əsas tərkib hissələrindən olan Ramzan ayının mahiyyətinə varmaq xüsusi önəm daşıyır. Hicri qəməri təqvimin doqquzuncu ayı olan Ramazan ayının mənası, mahiyyəti haqqında müxtəlif dini, elmi mühakimələrə əsaslanan, artıq nəzriyyə satatusu alan fikirlər mövcuddur. Bu fikirlərdən biri də budur ki, bu ay günahları yandırıb, məhv etdiyi üçün belə adlanır. Təsadüfi deyil ki, Ramazan sözünün mənası yandırıb, məhv edən deməkdir.
Ramazan ayının ən əsas xassəsi olan Oruc tutmağın savabı, faydalarını tədqiq edərkən,mənəvi dünyamızın zənginləşməsində nə qədər əhəmiyyətli olduğunun bir daha şahidi oluruq. İl ərzində bir ay Oruc tutmaqla Tanrıya olan imanımızmöhkəmlənir, nəfsimiz tərbiyə edilir, yersiz, lüzumsuz istəklərimizdən vaz keçirik. Bunlarla bərabər, Oruc tutmağın tibbi, fiziki faydaları da ciddi önəm daşıyır. Elmi şəkildə təsdiq edilib ki, Oruc tutmağın insanların psixoloji, nevroloji sisteminə olduqca önəmli müsbət təsirləri var. İctimai faydalarına gəlincə, Orucinsanı yoxsul və acların əhvalını düşünməklə onlara yardımçı olmağa sövq edir, paralel olaraq ailədaxili mədəniyyətin inkişafında olduqca əhəmiyyətli rol oynayır.
Tanrı məqamındabu ayda sədəqə vermək çox bəyənilir. Peyğəmbərimizin (s) hədislərində də deyildiyi kimi, bizim əməllərimiz bu ayda artıqlaması ilə ödənilir.Bu mənada sevgili Peyğəmbərimizin (s) Ramazan ayının fəzilətləri haqqında buyurduğu hədislərənəzər yetirərərək mərhəmət, sevgi, hidayət və ibadətlə dolu necə bir ayda yaşadığımızın daha çox fərqinə varmış oluruq: “Ramazan ayı mübarək bir aydır. Allah Təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir. Ramazan girdikdə Allah mələklərə möminlərə dua etməyi əmr edər”.

Ramazan ayının mübarək və şərəfli olmasına ən böyük, ən əsas səbəblərdən biridə müqəddəs kitabımız Qurani Kərimin bu ayda nazil olunması ilə bağlıdır. Müqəddəs kitabımızdakı bir ayədə deyildiyi kimi “insanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir”. Bu mənada belə bir müqəədəs ayda Quranı öyrənmək, oxumaq böyük bir fürsətdir.Göründüyü kimi Ramazan ayının fəzilətlərini konseptual bir müstəvidə izah etmək, onun bütün xarakterik xüsusiyyətlərini kəşf etmək elə də asan deyil.
Nəzərə alsaq ki, uzun bir dövr keçmiş Sovetlər dövründə bütün dini inanclarımız,ibadətlərimiz qadağan edilsə də Ramazan ayı da daxil İslam dininin digər ayinlərini, əxlaqi xüsusiyyətlərini xalqımızın şüurundan, yaddaşından tamamilə silmək mümkün olmamışdır. Təkcəbir məqamı qeyd etmək kifayətdir, nə qədər güclü dövlət nəzarəti, qadağalar olsa da öz dini inanclarına sadiqlik nümayiş etdirən ata-babalarımız əsas dini ritualları gizlin də olsa yerinə yetirir, hətta namaz qılır və bu keyfiyyətləri nəsildən-nəsilə ötürmək üçün, sözün əsil mənasında mücadilə aparmışlar.
Şükürlər olsun ki, bu gün dövlətimizin, xüsusilə Prezident İlham Əliyevin xüsusi təşəbbüsü ilə ölkəmizdə minlərlə məscid inşa edilib və inanclı insanların istifadəsinə verilib. Son statiskaya görə hazırda Azərbaycanda 2000 mindən çox məscid və digər ibadət sahələri fəaliyyət göstərir. Digər bir sevindirici məqam ondan ibarətdir ki, işğaldan azad edilən rayonlara səfər edən Prezident İlham Əliyev ailə üzvləri ilə birgə ilk öncə vandal düşmən tərəfindən dağıntılara məruz qalan məscidləri ziyarət edir və sözügedən dini abidələrin qısa bir zamanda qurulub insanların istifadəsinə verilməsi barədə ciddi tapşırıqlar verir. Bu Ramazan ayı günlərində Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərindəki məscidlərdə əsgərlərimizin namaz qılmaları və digər dini ayinlərin icra etməsini əks etdirən videogörüntülər əhali arasında xüsusi rəğbətlə qarşılanıb.
Artıq hidayət, mərhəmət,sevgi dolu Ramazan ayı başa çatmaqdadır. Görünən odur ki, bu il Ramazan bayramı torpaqlarımızın işğaldan azad edilməsi fonunda daha coşqulu, daha fərəhli bir formada qeyd olunacaq. Ay boyu oruc tutan, Orucluğun digər ayinlərini sevə-sevə icra edən insanlarımız Ramazan bayramını qarşılamaq əzmindədir. Hər kəs çalışır ki, hikmətindən dolayı ruhlarına nur çilənmiş bu bayramın sevincini hamı ilə birgə bölüşsün, ehtiyacı olan kəslərə əl tutsun, ibadətləri, saleh əməlləri ilə daha çox Tanrı mərhəmətindən yararlansınlar. Biz də AranMedia GROUP-un kollektivi adından bütün müsəlman dünyasını Ramazan bayramı münasibətilə təbrik edir, millətimizə əminamanlıq, firavan və xoşbəxt günlər arzulayırıq. Tutduğunuz orucu, etdiyiniz niyyətinizi Uca Tanrı qəbul eləsin. Müqəddəs Allah illərdən bəri məcburi köçkünlük taleyi yaşayan həmvətənlərimizə növbəti Ramazan bayramlarını öz müqəddəs ata-baba yurdlarında keçirməyi nəsib eləsin. AMİN!
Şeyda Əzizova
“AranMedia” qəzetinin baş redaktoru

