Cəmiyyət 

Yaxın Şərqdə 20 Yanvar qurbanlarının xatirəsi anılır

ARANTV.AZ xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb. Səfir Daşqın Şikarov bildirib ki, qanlı yanvar hadisələri insanlıq faciəsi olmaqla yanaşı, keçmiş sovetlər birliyinin Azərbaycan xalqının istiqlaliyyət arzusunu boğmaq niyyəti idi. Ölkəmizin Dubay Əmirliyindəki Baş konsulu Cavidan Hüseynov isə qeyd edib ki, 29 il əvvəl  azadlıq və tərəqqi uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu daim əziz tutulacaq. Çünki 20 Yanvar Azərbaycan xalqının qanla yazdığı qəhramanlıq salnaməsidir.

Daha çox xəbərlər