Cəmiyyət 

Xarici mətbuat 20 yanvar haqqında

ARANTV.AZ xəbər vüerir ki, İtaliyanın nüfuzlu “Globalist” xəbər portalında Daniel Pommier Vincellinin “Qara Yanvar: Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizənin simvolu” sərlövhəli məqaləsi yerləşdirilib. Müəllif Qanlı Yanvar hadisələrinin baş vermə səbəbləri və acı nəticələri haqqında məlumar verilir. Yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə və bu məsələdə SSRİ rəhbərliyinin qərəzli və birtərəfli mövqeyinə qarşı çıxan dinc vətəndaşların nümayişlərini qanlı şəkildə boğduğu diqqətə çatdırılır. Məqalədə 1990-cı il hadisələrinin qurbanları – İlham və Fərizənin faciəvi hekayəsi də xatırlanır.  Bundan başqa, İtaliyanın “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “Giornale Diplomatico”, “Agenparl” kimi kütləvi informasiya vasitələri də Qanlı Yanvar hadisələrinə diqqət ayırıb.

Litvanın slaptai.lt portalında isə “1990-cı ilin 20 Yanvar tarixində Azərbaycan paytaxtı Bakıda nə baş verib?” sərlövhəli məqalə yerləşdirilib. Yazıda keçmiş Sovet İttifaqının mərkəzi hakimiyyətinin Litvada da milli hissləri qızışdıraraq təxribatlar törətmək və bu ölkənin müstəqillik arzusunun qarşısını almaq istədiyi qeyd edilir. Lakin Litvada bu, baş tutmadı. Azərbaycan Litvadan fərqli olaraq tam informasiya blokadasında idi. Bundan istifadə edən Sovet rəhbərliyi 1990-cı ilin yanvarında çox sayda dezinformasiya, təxribat xarakterli hərəkətlər təşkil edərək Bakı şəhərinə ordu yeritdi.  Məqalədə 20 Yanvar hadisəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şanlı səhifəsi kimi xarakterizə olunur.

Daha çox xəbərlər