Türkiyədə tələbələri aparan avtobusla yük maşını toqquşdu: 20-dən çox yaralı var
Türkiyənin Aksaray vilayətində tələbələri aparan avtobus yük maşını ilə toqquşub.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 17 nəfəri tələbədir.
Qeyd olunur ki, yük maşınının sürücüsü Suriya vətəndaşı olub.

