Bakıda keçiriləcək “JARA 2022” festivalının tarixi açıqlandı
Bakıda keçiriləcək “JARA 2022” Beynəlxalq Musiqi Festivalının tarixləri açıqlanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, festivalın sosial şəbəkədəki rəsmi hesabında “Bakıda, Xəzər dənizinin sahilində baş tutacaq “JARA 2022 “nin tarixləri məlum oldu. Sizi 27-31 iyulda gözləyirik!” – deyə, qeyd edilib.
Xatırladaq ki, “JARA” ilk yubileyini 23-27 iyun tarixlərində Moskvada, “Lujniki” kompleksinin ərazisində qeyd edəcəkdir.

