2 nəfərin ölümünə səbəb olan sürücünün MƏHKƏMƏSİ
2 nəfərin ölümünə səbəb olan sürücünün MƏHKƏMƏSİ
ARANTV.AZ xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə Bakı şəhər sakini Elman Osmanovun CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Xatırladaq ki, 2018-ci il iyulun 2-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu daş hasara vurub. Nəticədə sərnişinləri – paytaxt sakini Lütvanə Ramiz qızı Talıblı və Hacıqabul rayon sakini Mənsur Musa oğlu Zeynalov hadisə yerində ölüblər, daha 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Ölkə.Az

