İdman 

Qurban Qurbanov baş məşqçilərin dünya reytinqində

Futbol məşqçilərinin dünya reytinqi açıqlanıb.

ARANTV.AZ  xəbər verir ki, hər həftə dərc olunan siyahıda Azərbaycan bir mütəxəssislə təmsil olunub.

Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvəldə 496-cı pillədədir. 47 yaşlı mütəxəssisin hesabında 1073 xal var. O, son bir həftədə bir pillə geriləyib.

Qeyd edək ki, siyahıya 15001 xalla “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.oxu.az

Daha çox xəbərlər