“Böyük Qayğı”proqramı çərçivəsində Bərdə şəhərində yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub-VİDEO
Bərdə rayonunda yaşayan Vətən müharibəsi qaziləri “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra edilən “Böyük qayğı” proqramı çərçivəsində ziyarət olunub. ARANTV.AZ xəbər verir ki, təşkilatın idarə heyətinin üzvlərinin, könüllülərin iştirakı ilə Bərdə şəhərində və rayonun kəndlərində baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb. Bildirilib ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir. Proqram çərçivəsində respublikanın bütün şəhər və rayonlarında Vətən müharibəsi qazilərinin ziyarət olunması planlaşdırılır.

