Sosial 

“Nə oldu, Paşinyan?” – Türkiyədə zərb-məsələ çevrilib

Prezident İlham Əliyevin 44 günlük müharibə zamanı Ermənistan baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq “Nə oldu, Paşinyan?” kəlməsi bütün dünyada, o cümlədən qardaş Türkiyədə artıq neçə müddətdir ki, trendə çevrilib. Bu tarixi ifadə o qədər məşhurlaşıb ki, hətta əksər köçə yazarları dəfələrlə öz müəllif yazılarında hansısa bir məsələdən bəhs edərkən “Nə oldu, Paşinyan?” kəlməsindən istifadə etməyə üstünlük verirlər.

Bu dəfə də dünyaca məşhur “Hürriyet” qəzetinin köşə yazarı Abdulqadir Selvi kürdlərin antitürk və antiazərbaycan fəaliyyəti ilə tanınan HDP-ni sərt tənqid edib. Və ardınca prezident İlham Əliyevin tarixi sözlərini özünün məqaləsində istifadə edib: “Prezident İlham Əliyev “nə oldu, Paşinyan?” deyib, mən də deyirəm “nə oldu, HPD?”.

Daha çox xəbərlər