Bərdədənin “Təza bazar”ında güclü yanğın baş verib , icra başçısı hadisə yerinə gəlib-VİDEO+FOTO
Bu gün səhər saat yeddi radələrində rayonun “Təza bazar”ında qısa qapanmadan yanğın başlayıb: Hadisə yerinə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə rayon Polis şöbəsinin rəisi Muradəli Babayev, müavinləri, fövqəladə hallar komissiyasının sədri də gəlib.
İcra başçısı ARANTV.AZ-a açıqlamasında bildirib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60 yanıb: “Yanğının digər MAGAZALARA keçməsinin qarşısı alınıb.Təxminən 1 000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır.Bəzi mağazalarda generatorlar, plastik manekenlər olub ki, onlar da tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirib. Həmçinin, güclü külək də işə mane olub”.
Vidadi İsayev onuda qeyd edib ki, mayın 23-də baş verən yanğınla bugünkü yanğının əlaqəsi yoxdur: “İlkin informasiyaya görə, hər hansı cinayət və ya təxribat əməli yoxdur, təsadüfi ardıcıllıqdır. Bir neçə gün öncə baş verən yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş vermişdi. Həmin vaxt dördü ciddi olmaqla 10 mağazaya zərər dəyib, onlardan isə yalnız birinin sığortası olub. İndiki yanğınla bağlı məsələni araşdıracağıq”.
Fövqəladə Hallar Nazirliyi-dən verilən məlumata görə, görülən operativ tədbirlər nəticəsində yanğın tam söndürülüb.






































