Hadisə 

Masallıda beş nəfər qidadan zəhərlənib

Masallı rayonunda beş nəfər qidadan zəhərlənib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə zamanı beş nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, hazırda onların vəziyyətləri orta ağırdır:

“Beş nəfər qida zəhərlənməsi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının infeksion xəstəliklər şöbəsinə qəbul edilib. Şikayətləri yüksək hərarət, ürəkbulanma, qusma, ishal olub. Həmin şəxslərə ilkin yardım göstərilib və şöbəyə yerləşdiriliblər”, – deyə o əlavə edib.

Daha çox xəbərlər