Sosial 

Respublika Günü münasibətilə Türkiyədə xüsusi jurnal çap edilib

Türkiyədə 28 may-Respublika Günü münasibətilə xüsusi jurnal çap edilib.

“Dünəndən bu günə Azərbaycan-Türkiyə əlaqələri” adlı nəşr İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyi tərəfindən hazırlanıb.

Türkiyənin İstanbul, Ankara və Antalya şəhərlərində ictimaiyyətə təqdim edilən jurnalda Azərbaycan Demokratik Respublikasının qurulması, ulu öndər Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın elm adamları və bir sıra digər mövzularda geniş məqalələr yer alıb.

AZƏRTAC

Daha çox xəbərlər