Dünya 

Rusiyalılar miqrantların yerində məhkumları görürlər

Rusiya vətəndaşlarının əksəriyyəti miqrantların əvəzinə məhkumların işə cəlb edilməsi fikrini dəstəkləyirlər.

RBC Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsIOM) tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən bu barədə xəbər yayır.

Ümumilikdə, respondentlərin 71 %-i məhkumların əməyə cəlb edilməsi fikrini dəstəkləyiblər, 62 %-i isə hesab edir ki, məhkumlar özləri cəzalarını islah əmək mərkəzlərində çəkməyi üstün tutarlar.

21 % isə bu təkliflə razılaşmır.

Məhkumların məcburi əməyə göndərilməsi ideyasının tərəfdarları hesab edirlər ki, bununla onlar cəmiyyətə fayda gətirəcək, pul qazana və ailələrinə kömək edə biləcəklər, dövlət büdcəsindəki yük azalacaq.

Daha çox xəbərlər