Dünya 

Qayıq batdı: 23 ölü

Liviyadan İtaliyaya Aralıq dənizini keçməyə çalışarkən ən azı 23 Afrikalı miqrant Tunisdə gayıqda batdı.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyinə Tunis Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

O qeyd edib ki, Tunis hərbi-dəniz qüvvələri 70 miqrantı xilas edib, digər 23 nəfər isə Liviyadan Avropaya gedərkən qayıqda batıb.

Təşkilat nümayəndəsi gəminin gövdəsində 90-dan çox insanın olduğunu əlavə edib.

Daha çox xəbərlər