Rusiya və İran müdafiə sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Alexander Fomin Moskvada keçirilən görüşdə İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək nazirinin müavini briqada generalı Xocatolla Koreyşi ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər: “Regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb”.
Məlumata əsasən, tərəflər “dialoqun dərinləşməsinə və müdafiə sahəsində əlaqələrin inkişafına sadiq olduqlarını təsdiqlədilər”.

