Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Gölün “yuduğu” qəbirlər – REPORTAJ + FOTO

By Vüsal Rafiqoğlu
05.06.2021 5 Min Read

30 il əvvəl torpaqlar ilə yanaşı qəbiristanlıqları da işğal edilən məcburi köçkünlər – şuşalılar, laçınlılar, cəbrayıllılar və digər rayonların sakinləri dünyadan köçən yaxınlarını dəfn etmək üçün Azərbaycanın ayrı-ayrı bölgələrində yeni qəbiristanlıqlar salmağa məcbur oldular.

Ölkənin bir çox regionlarında məcburi köçkünlərin saldıqları qəbiristanlıqlara rast gəlmək mümkündür.

Bakının Pirşağı, Masazır və digər ərazilərində – məcburi köçkünlərin kompakt yaşadıqları kənd və qəsəbələrə yaxın yerlərdə belə qəbiristanlıqlar mövcuddur. Bu qəbiristanlıqlardan biri də Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində – “Şuşa qəbiristanlığı”dır.

Bu barədə “Kaspi” qəzetində məqalə dərc edilib.

Bu qəbiristanlığın yerləşdiyi ərazidə ilk qəbirlər 1992-ci ildə qazılıb. 5 hektar ərazini əhatə edən bu qəbiristanlığın ətrafında qrunt sularının toplandığı xırda göllər də mövcuddur.

Təəssüflər olsun ki, bu gün həmin göllərə insanların süni müdaxiləsi qəbirləri təhlükə ilə üz-üzə qoyub.

“Şuşa qəbiristanlığı”nda apardığımız müşahidələr onu deməyə əsas verir ki, gölün digər ətrafında iki ferma və yaşayış evləri mövcuddur. Fermalardan axıdılan tullantılar, eləcə də, yaşayış evlərindən axıdılan kanalizasiya suları göldə suyun səviyyəsinin qalxmasına və qəbirlərin su ilə dolmasına gətirib çıxarır.

 

Halbuki, qrunt sularının toplandığı kiçik göllər, adətən havaların isti keçdiyi dönəmdə qurumağa başlayır və heç bir təhlükə törətmir. Lakin “Şuşa qəbiristanlığı”nın yanındakı göldə nəinki suyun səviyyəsi azalmır, əksinə, günbəgün artır.

Yaxınlarının qəbrini ziyarətə gəlmiş Valeh kişi problemlə maraqlandığımızı görüb, fikirlərini bildirdi. O qeyd etdi ki, Şuşadan məcburi köçkün düşdükdən sonra 1992-ci ildə Pirşağı qəsəbəsinə pənah gətiriblər:

“Həmin dövrdə vəziyyət çox çətin idi. Xüsusilə, dünyadan köçən yaxınlarımız olanda bilmirdik harada dəfn edək. O vaxt bir yaxınımız dünyasını dəyişmişdi çox çətinliklə onu Pirşağıdakı qəbiristanlıqdakı dəfn etdik. Çünki yerli camaat qəbiristanlıqda yer olmadığını deyirdilər. Daha sonra atam rəhmətə gedəndə, indi “Şuşa qəbiristanlığı” adlanan bu yeri istinad verdilər. Beləcə, məcburi köçkünlərin böyük bir hissəsi burada rəhmətə gedən yaxınlarını dəfn etməyə başladı. Lakin indi gölün suyu qalxdıqca, əzizlərimizin qəbirləri suyun altında qalır. Ermənilər işğal altında olanda qəbirlərimizi dağıtdı, bəs Bakıda, Pirşağıda niyə bu qəbiristanlığa laqeyd münasibət bəslənilir? Ölülərimizin qəbirləri niyə suyun altında qalmalıdır?”

Valeh kişi problemə lap əvvəldən bələd olduğu üçün xırda detallara qədər məlumat verdi: “Əvvəllər bu gölə çox az su yığılardı, hətta yay aylarında quruyardı. Lakin sonrakı illərdə payızda və qışda qrunt sularının axıntısının çox olduğunu nəzərə alaraq, buradakı qəbir sahibləri ilə belə qərar gəldik ki, bu göldən qəbiristanlığın aşağısındakı böyük gölə bir kanal çəkək. Belə də etdik və öz hesabımıza kanal açdıq. Sonra bu ərazidə yaşayış artdığı üçün həmin kanalın bir hissəsini suötürücü borularla əvəz etdik.

Qış aylarında göldə suyun səviyyəsi qalxanda rahat şəkildə axıb aşağıdakı gölə tökülə bilirdi. Onu deyim ki, bir xeyli müddət problem yaşamadıq. Lakin xarici dairəvi yolun Pirşağı qəsəbəsindən keçən hissəsi inşa olunarkən, yol məhz bu qəbiristanlığın yanından keçməli oldu. Tikinti zamanı göldəki suyun axıdılması üçün öz hesabımıza çəkdiyimiz borular dağıdıldı. Əsas problem də bundan sonra başladı və suyun axarı olmadı.

Ardınca da burada yaşayış evləri artdı, fermalar tikildi. Ərazidəki evlərin kanalizasiya xətti yoxdur və onlar çirkab suları gölə axıdır. Ən dəhşətli mənzərə isə fermalarla bağlıdır. Hər iki ferma heyvanların peyinli suyunu gölə axıdır, üstəgəl də, pis qoxu ərazini bürüyür. Dəfələrlə bu problemlə bağlı Pirşağı bələdiyyəsinə, Şuşa rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin müraciətlərimiz cavabsız qalıb. Belə ki, köməklik edəcəklərini desələr də, heç bir nəticə olmayıb”.

Şəhid atası Valeh kişi təəssüflə qeyd etdi ki, qəbir sahibləri, hər dəfə suyu səviyyəsi qalxdıqca gölün ətrafına maşın-maşın torpaq tökdürürlər:

“Ancaq nə fayda, bir müddət sonra ziyarətə gələndə görürük ki, yenə su qəbirləri yuyur. Oğlum şəhid olub, lakin onun nəşini çıxara bilməmişik. Təsəlli üçün həyat yoldaşımın qəbirüstü abidəsinə onun da şəklini həkk etdirmişik. İndi mən gəlib bu qəbiri suyun içində görəndə hansı hisslər keçirdiyimi bilən varmı? Burada müxtəlif zamanlarda şəhid olan Vətən oğullarının da qəbirləri var. Əgər bu məsələ həll olunmasa, həmin şəhid məzarları da sulara qərq olacaq. Biz nə vaxta qədər maşınla torpaq töküb suyun qarşısını alacağıq? Axı göydən Allah baxır? Ölü sahiblərinin günahı nədir ki, belə əziyyət çəkirlər? Sadəcə istəyimiz odur ki, bizə kömək etsinlər, suyu aşağıdakı gölə axıdaq”.

Daha sonra Valeh kişi ilə qəbiristanlığın təhlükədə olan hissəsini addım-addım gəzdik. O, hazırda gölə yaxın qəbirlərin su ilə dolu olduğunu bildirdi. Hətta torpağı yarım metr qazsaq su çıxacağını söyləyən Valeh kişi, vəziyyətin dözülməz olduğunu qeyd etdi. O bir qəbri göstərərək dedi ki, ölü yiyəsi su basmasın deyə, torpaqdan 1 metrdən yuxarı hissəni kvadrat şəkildə daşla hördürüb, içərisini torpaqla doldurub, sonra yaxınını dəfn edib.

Gölün ətrafında yerləşən ferma sahibləri çəkiliş apardığımız zaman bir-bir gözdən itməyə başladılar. Daha sonra fermaların ərazisinə yaxınlaşıb münasibət öyrənmək istəsək də, qapını üzümüzə açan olmadı. Gördüklərimiz isə hər bir insanı dəhşətə gətirir. Tək gölün suyunun qalxması, üfunət iyinin ətrafı bürüməsi problem deyil, həm də ərazidə zibil, məişət tullantılarının “ayaq açıb yeridiyinin” şahidi olduq.

 

Problemi araşdırmaq üçün üz tutduğumuz ünvan Sabunçu rayonu Pirşağı icra nümayəndəliyi oldu. Burada bildirdilər ki, “Şuşa qəbiristanlığı” adlanan ərazi Pirşağı bələdiyyəsinin balansındadır və onlar münasibət bildirə bilər.

Ordan birbaşa Pirşağı bələdiyyəsinə üz tutduq. Bələdiyyənin qəbul otağında oturan gənc oğlan problemi dinlədikdən sonra cavab vermək səlahiyyətinin olmadığını bildirdi və bizi başqa bir şəxsə yönləndirdi. Həmin bələdiyyə qulluqçusu bizi dinlədikdən sonra adının çəkilməməyi şərtilə sualımızı cavablandırdı: “Mənim adımı qeyd etməyə ehtiyac yoxdur. Ümumi şəkildə qeyd edə bilərsiniz ki, “Şuşa qəbiristanlığı” deyilən ərazi bizim bələdiyyənin ərazisidir və ora zəbt olunub. Yəni bu yer əvvəldən yaşayış yeri kimi müəyyən olunub, lakin məcburi köçkünlər buranı məzarlıq edib. Problemə gəlincə, o ərazidə hər zaman kiçik göllər olub və bu göllərə qrunt suları toplanıb.

Əslində günah köçkünlərdədir. Bilirlər ki, oranı su basır, niyə ölülərini başqa yerdə aparıb basdırmırlar?

Orada yerin qiyməti ucuz olduğu üçün hətta rayonlardan belə ölülərini gətirib basdırırlar. Soruşanda da deyir ki, yaxınlarımın məzarlarının hamısının bir yerdə olmasını istəyirəm. Həmin ərazidə yer azaldıqca, gölün ətrafına torpaq tökürlər və yenə də qəbir salırlar”.

Bələdiyyə üzvü gölə yaşayış yerlərindən, fermadan çirkab sularının axıdılmasının, göldə suyun səviyyəsinin qalxmasına səbəb olduğu ilə bağlı iddialarla razılaşmadı və qeyd etdi ki, çirkab suları gölün suyunu qaldıra bilməz:

“Sizin qeyd etdiyiniz məsələnin göldə suyun qalxmasına çox az təsiri var. Amma əsas günah orada ölülərini dəfn edənlərdədir”.

Göldəki suyun axıdılması üçün əvvəllər olmuş kanalın bərpa edilməsinin mümkünlüyünə toxunan Pirşağı bələdiyyəsinin rəsmisi qeyd etdi ki, bələdiyyənin o qədər vəsaiti yoxdur: “Biz bunu etmək üçün layihə hazırlamalıyıq, ondan sonra smeta tutulmalıdır. Faktiki olaraq, həmin göldəki suyun aşağıdakı gölə axıdılması üçün 300-500 min manat lazımdır. Bələdiyyəmizin isə buna imkanı çatmır”.

 

Ərazi ilə maraqlanıb-maraqlanmadıqlarını soruşduqda, bələdiyyə nümayəndəsi vəziyyətdən xəbərdar olduqlarını dedi.

Nəticə etibarı ilə belə anlaşılır ki, gölün suyunun qəbirləri yuması, qəbiristanlığın ətrafının bərbad vəziyyətə salınması problem olaraq qalacaq. Çünki əraziyə nəzarət edən Pirşağı bələdiyyəsi problemin aradan qalxması üçün heç bir addım atmaq niyyətində deyil. Bələdiyyə, faktiki olaraq, məcburi köçkünlərdən və pulun olmamağından şikayətlənir. Məcburi köçkünlərin öz evlərinə qayıdacağı bəllidir, bəs görəsən Pirşağı bələdiyyəsinin pulu nə vaxt olacaq?

 

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mina partlaması nəticəsində həlak olan icra nümayəndəsi son mənzilə yola salınır – FOTO

Next

Qazi: “11 dəfə əməliyyat olunsam da, ayaqlarım sağalmır” – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv