Azərbaycanlı məşhurun qızı oteldə belə görüntüləndi – VİDEO – FOTO
Mətanət İsgəndərlinin qızı Ülkər yaşadığı Türkiyədəki məşhur otellərdən birində “5/5″in tətil çəkilişləri zamanı kameralara tuş gəlib.
ARANTV.AZ milli.az-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı ilə ötən il ailə quran Ülkərin masa arxasında yalnız olaraq əyləşdiyi obyektivlərə düşüb.
Tez-tez telefona baxan müğənninin qızının kefsiz halı da diqqətdən qaçmayıb.
Xatırladaq ki, ötən ilin sentyabrın 20-sində əməkdar artistin qızının Bakıda qız toyu, 2 ay sonra isə Antalyada oğlan toyu baş tutub.

Qeyd edək ki, mart ayında Mətanət İsgəndərli “5/5″də qonaq olarkən qızı Ülkərin hələ ana olmaq istəmədiyini demişdi.






