Biləsuvarda 86 yaşlı kişi kanalda boğulub
Biləsuvarda boğulma hadisəsi baş verib.
ARANTV.AZ bildirir ki, hadisə Cənubi Muğan kanalında qeydə alınıb. Biləsuvar rayonunun Nərimankənd kənd sakini, 1935-ci il təvəllüdlü Şirzahid Şahsuvarov Cənubi Muğan kanalına düşərək boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq deyil.
Faktla bağlı araşdırma aparılır.

