Cəmiyyət 

Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb – FOTO

İsmayıllı rayonunun Gəndov kəndində birinci sinifdə cəmi bir şagird oxuyur.

ARANTV.AZ  xəbər verir ki, bu barədə azvision.az-a Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qurbanova məlumat verib. Onun sözlərinə görə, şagirdlərin sayı az olduğundan ibtidai siniflər komplekləşdirilib.

“I və III siniflərdə 3 nəfər, II və IV siniflərdə isə 6 nəfər şagird var. Uşaq sayının az olması kəndlərdə gənc ailələrin sayının az olması ilə əlaqədardır. Bizim məktəbə Gəndov kəndi daxil olmaqla, yaxın 5 kənddən şagidlər gəlir. Bunlar Köhnə Daxar, Müşgəmir, Namazgah və Dərə kəndləridir”, – direktor vurğulayıb.
Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb - FOTO

 

Daha çox xəbərlər