Şəhadətdə 25 illik yubiley – VİDEO
Bu gün şəhid Nahid Məmmədovun doğum günü idi
ARANTV.AZ Real TV-ə istinadən bildirir ki, ötən ilin 11 iyun tarixində doğum gününü ailəsi ilə qeyd edən Nahid Məmmədov 25 yaşını cənnətdə qarşılayır.
Düşünürəm ki, bu şamları söndərəndə bircə arzusu olub Nahidin. Vətən torpağını azad görmək. Elə bu arzu da onu döyüş meydanına qədər aparıb. Hələ Ağdamda hərbi xidmətdə olarkən Nahid bir gün o torpaqlara geri qayıdacağımızı bilirdi. Tovuz döyüşləri zamanı ailəsindən xəbərsiz könüllü olaraq ordu sıralarına yazılır. Sentyabrın 29-da isə Suqovuşan uğrunda mübarizəyə qoşulur. Nahid öz komandir və silahdaşları ilə düşmənin çoxlu sayda qüvvəsinin məhv edilməsində iştirak edib. Oktyabrın 14-də isə amalına qovuşduğu yerdə şəhadətə yüksəlib. Doğmaları üçün onun yoxluğuna dözmək çətin olsa da yüksəldiyi şəhadət və torpaqların azadlığı onlar üçün təsəllidir.
Nahid döyüşə ata nəshəti ilə yollanıb. Atası Vahid Məmmədov deyir ki, oğlu şəhadətə yüksələndə ata nəsihətini yerinə yetirib.
Nahid Məmmədov Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Ad günün, qazandığın uca zirvən mübarək Nahid!