Fransa Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır
ATƏT Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Ermənistanın Ağdam rayonunun mina xəritələrini verməsi müqabilində Azərbaycanın 15 saxlanan ermənini azad etməsini alqışlayır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Nazirliyin bəyanatında qeyd olunub ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması məqsədilə tərəflər arasında gərginliyin azaldılması və etimadın bərpasına xidmət edən bütün addımlar vacibdir:
“Fransa tərəfləri atəşkəsə tam əməl etməyi, 2020-ci il 10 noyabr sazişinin öhdəliklərini tam və səmərəli şəkildə icra etməyi davam etdirməyə çağırır”.

