Manset Region Xəbərləri 

Bərdədə DYP reyd keçirib, 25-dən çox sürücü cərimələnib-FOTOLAR

ARANTV.AZ-ın məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) böləməsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsiə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. DYP əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb. Reyd zamanı 40-a yaxın avtomobil saxlanılıb. Saxlanılan avtomobillərdə, normadan artıq dəm qazı olan 25-dən artıq avtomobilin sürücüsünə inzibati protokollar yazılıb.

 

Daha çox xəbərlər