Bakıda qadın kafedə döyülərək ağır xəsarət alıb
Bakının Sabunçu rayonunda mübahisə zamanı bir nəfər xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Qəsəbə ərazisində yerləşən kafedə 1984-cü il təvəllüdlü Eyvazova Kəmalə Həsrət qızı tanıdığı şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

