Sosial 

Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur

Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur, belə hallar qeydə alınmır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, əvvəllər xarici terrorçu qruplara qoşulanlar olub: “Hüquq-mühafizə orqanlarının apardığı profilaktik işlər, o cümlədən də ideoloji tədbirlər nəticəsində bu cür halların qarşısı alındı və hazırda belə hallar qeydə alınmır”.

Daha çox xəbərlər