İbadət yerlərində pandemiya qaydalarına riayət olunur?
Dini ibadət yerlərində pandemiya qaydalarına riayət olunması ilə bağlı monitorinqlər aparılır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
M.Qurbanlı bildirib ki, bütün dini ibadət yerlərində pandemiya qaydalarına riayət olunur: “İstər müsəlman, istər xristianlıq, istər yəhudilik, istərsə də digər dinlərə aid bütün ibadət yerlərində qaydalar yerinə yetirilir”.

