Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb
Əvvəllər xaricdə terrorçu qruplara qoşulan adamların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
M.Qurbanlı bildirib ki, qaytarılanlar arasında qadın və uşaqlar var və onlarla bağlı reabilitasiya mərkəzi yaradılıb: “Dini komitə də həmin reabilitasiya prosesində iştirak edir. Ümumilikdə Azərbaycandan xaricdə terror qruplarına qatılanların sayı çox azdır”.

