İdman 

Tarix bilindi: AFFA 2018-ci ilin hesabatını verəcək

AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

ARANTV.AZ  xəbər verir ki, yığıncaq martın 4-də baş tutacaq.

Saat 10:00-da “Hilton” hotelində əvvəlcə Hesabat Konfransı, ardından isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Prezident tərəfindən salamlama;

– Yığıncağın tərkibinin yoxlanılması;

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

– Maliyyə hesabatının təsdiq olunması;

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

– Növbəti ilin büdcəsinin təsdiq olunması;

– Hər hansı vakant vəzifəyə seçkilər;

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

– Digər məsələlər.

oxu.az

Daha çox xəbərlər