Siyasət 

Tahir Rzayev: Bələdiyyə sədrlərinə oğru kimi baxırlar

Biz bələdiyyələri qorumalıyıq. Amma bunun əvəzində hər il bələdiyyə üzvlərinin və bələdiyyə sədrlərinin məsuliyyətə, istintaqa, məhkəməyə çəkilmələrində artım müşahidə edirik.

ARANTV.AZ  xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev bildirib.

O qeyd edib ki, bu kimi faktlar insanlarda bələdiyyələrə, bələdiyyə üzvlərinə inamı sarsıdır:

“Bunlar insanların, yerli əhalinin bələdiyyələrə olan inamını azaldır. Hesab edirəm ki, artıq hər adi məsələyə görə bələdiyyə üzvlərini, bələdiyyə sədrlərini istintaqa, məhkəməyə, məsuliyyətə cəlb etmək lazım deyil. Artıq bələdiyyə sədrlərinə oğru kimi baxırlar. Bu, düzgün deyil. Bu tendensiyaya son qoyulmalıdır”.oxu.az

Daha çox xəbərlər