Şou biznes 

“Odlar Yurdu” Milli Mükafatı 2018 təsis olundu

“Tonika Group MMC”nin təşkilatçılığı ilə “Odlar Yurdu” Milli Mükafatı – 2018 təsis olunub. Fevral ayının 24-dü Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə şou-biznes nümayəndələri, (müğənnilər, rəqqas və rəqqasələr, rejissorlar, aktyorlar və s.) o cümlədən şou-bizneslə əlaqəsi olan böyük iş yerləri (mağazalar, biznes mərkəzləri, brendlər, markalar və s.) və iş adamlarının mükafatlandırma mərasimi baş tutacaq. “Tonika Group MMC”nin mətbuat katibi Təbriz Məhərrəmoğlu nun ARANTV.AZ-a verdiyi məlumata görə, mükafat “Tonika Group MMC”nin idarə heyətinin, təşkilat komitəsinin və nəzarət təftiş komissiyasının araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunacaq. Kristal formasında olan mükafatlar digərlərindən xüsusi seriyaları və şəxsi pasportları ( mükafat tanınma vərəqəsi ) ilə fərqlənir. Qeyd edək ki, “Tonika Group MMC”nin təsisçisi və direktoru Nicat Həsənzadədir.

Daha çox xəbərlər