Masallıda 18 yaşlı oğlan suda boğuldu
Masallıda gənc oğlan sututarda boğulub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bədbəxt hadisə Sığdaş kənd inzibati ərazi dairəsində yerləşən Babakücə kəndində baş verib. 2003-cü il təvəllüdlü Xəyal Kamal oğlu Əliyev kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sututarda boğulub. Hazırda FHN-in əməkdaşları ərazidə axtarış işləri aparır.
Faktla bağlı araşdırma aparılır.

