Bakıda qadını avtomobil vurub
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, qəza “Sevinc”kinoteatrı”nın qarşısında qeydə alınıb.
1964-cü il təvəllüdlü Hüseynova Natella Əbülfət qızı piyadalar üçün ayrılan zolaqdan keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

