Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbi dahi Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar tədbir keçirdi-VİDEO+FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlərin keçirilməsi davam edir.
Bu münasibətlə Bərdə Regional Mədəniyyət idarəsi Bərdə səhər 3 nömrəli usaq musiqi məktəbinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Bütün şairlərdən öncə Nizami” adlı ədəbi-musiqili tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər vurğulayıblar ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkə rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.
Bildirilib ki, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyətini dərindən öyrənməkdir.
Sonda Bərdə səhər 3 nömrəli usaq musiqi məktəbinin şagirdlərinin ifasında Nizami Gəncəvi əsərlərinə yazılmış romanslar və muğamlardan ibarət “ Bütün şairlərdən öncə Nizami” adlı ədəbi-musiqili kompozisiyalar təqdim olunub.








