Ermənistanda COVID-19-a yoluxanların sayı 224 851 nəfərə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 54 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 851 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 2 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4510 nəfərə yüksəlib.

