Sosial 

“WhatsApp”ın səsli mesajları “Telegram”dakı kimi olacaq, amma daha yaxşı – FOTO-VİDEO

Çoxların ən sevimli messenceri olan “WhatsApp”ın son 2.21.13.17 beta-versiyasında səsli mesajlar, “Telegram”dakı kimi, səs dalğaları ilə göstəriləcək.

"WhatsApp"ın səsli mesajları "Telegram"dakı kimi olacaq, amma daha yaxşı - FOTO-VİDEOARANTV.AZ xəbər verir ki, bu barədə “WABetaInfo” portalı yazır.

“WhatsApp” bu ideyanı rəqibi olan “Telegram”dan “oğurlasa” da, bir az təkmilləşdirəcək.

"WhatsApp"ın səsli mesajları "Telegram"dakı kimi olacaq, amma daha yaxşı - FOTO-VİDEO“Telegram”da səs dalğaları yalnız səsli mesajı dinləyərkən görsənir, lakin “WhatsApp”da analoji interfeys səs yazılarkən də görünəcək.

"WhatsApp"ın səsli mesajları "Telegram"dakı kimi olacaq, amma daha yaxşı - FOTO-VİDEOQeyd edək ki, hazırda “WhatsApp”da səsli mesajlar düz xətti olan standart peyer şəklindədir, lakin səs dalğasının olması daha rahatdır, çünki bu dalğaların və səs yüksəkliyinin vizual görünüşü səsli mesaja daha tez uyğunlaşmağa və lazım olan yerədək daha rahat qaytarmağa imkan verir.

"WhatsApp"ın səsli mesajları "Telegram"dakı kimi olacaq, amma daha yaxşı - FOTO-VİDEOBu görüntünün səs yazarkən də çıxması isə mikrofonun yaxşı işədiyindən və səsin yaxşı eşidildiyindən əmin olmaq üçün istifadəçiyə kömək olacaq.

N

Daha çox xəbərlər