Əsgərlər məni qorumaq üçün… – Mayis Bərxudarov
Müharibə zamanı əsgərlər məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər.
ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mayis Bərxudarov AzTV-yə müsahibəsində deyib.
Mayis Bərxudarov qeyd edib ki, müharibədə əsgər və komandirlərin ümumiləşdirici bir adı olur – döyüşçü:
“Əlbəttə ki, əsgərlərimiz hər yerdə komandirlərini qorumağa çalışırlar. Komandirin düşmən gülləsinə tuş gəlməsini istəmirlər. Əsgərlər bir neçə döyüş anında məni qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. Bu qəhrəmanlıqlar unudulmayacaq”.

