Gündəm 

Ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələri haqqında statistik məlumat bazası yaradılacaq

ARANTV.AZ xəbər verir ki, ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələri haqqında statistik məlumat bazası yaradılacaq. “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na əsasən hazırlanacaq bazada 2020-ci ilin sonunadək respublikamızda qeydiyyata alınan və ya ölkəyə idxal edilən, eləcə də müvəqqəti daxil olan nəqliyyat vasitələri, onların mülkiyyətçiləri və istifadəçiləri haqqında statistik məlumatlar əksini tapacaq. Baza müvafiq dövlət qurumlarının birgə fəaliyyəti ilə yaradılacaq.

Daha çox xəbərlər