Gündəm 

Azərbaycan “FITUR-2019” Beynəlxalq turizm sərgisində təmsil olunur

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Madriddə keçirilən “FITUR-2019” beynəlxalq turizm sərgisində təmsil olunur. 39 ildir təşkil olunan sərgidə 165 ölkə və regiondan 10 min 487 şirkət iştirak edir. Sərgidə Azərbaycan ilk dəfə olaraq “Bir daha bax” turizm brendi ilə təqdim edilir. Təbdirdə ölkəmizin turizm potensialı, müasir texnologiyaların tətbiqi, habelə mövcud infrastruktur və bu sahədə təklif olunan xidmətlər barədə videoçarxlar, məlumat kitabçaları və təbliğat materialları nümayiş edilir. Milli stenddə, həmçinin böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə İspaniyada istifadə edilən xüsusi poçt markaları və ispan dilində şairin yaradıcılığını əks etdirən məlumat kitabçalarıda təqdim olunur.

Daha çox xəbərlər