İdman Manset 

BƏRDƏ İDMANÇILARININ MÖHTƏŞƏM UĞURLARI!

iyun-02 iyul 2021-ci il tarixlərdə Ukraynanın Koblevo şəhərində Universal döyüş idman növü üzrə keçirilən,28 ölkədən 400 yaxın idmançının iştirak etdiyi Dünya Kuboku yarışında Azərbaycan yığma komandasının tərkibində Bərdə “Hərum” idman klubunun 3 nəfər idmançısı ( məşqçi,idman ustası Rəşad Ocaqverdiyev):Məmmədov Asəf Samir oğlu 66 kq,Paşazadə Rza Əli oğlu 66 kq və Abbaszadə Tağı Fəxri oğlu 73 kq çəki dərəcələrində III yeri tutaraq bürünc medallara layiq görülmüşlər.
05 iyulda Vətənə dönən idmançılarımız Heydər Əliyev adına beynəlxalq hava limanında yüksək səviyyədə qarşılanmışlar.Elə həmin gün qədim Bərdəmizə qayıdan idmançılarımıza şəhərin girəcəyində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə qarşılanma mərasimi təşkil olunmuşdur.Oradan Şəhidlər Xiyabanına gələn idmançılarımız və idarə rəhbərliyi Vətən Müharibəsi şəhidlərinin məzarları üstünə gül dəstələri qoymuşlar.
İdmançılarımız bu qələbəni Qarabağ şəhidlərinin xatirəsinə həsr etdiklərini bildirmişlər.

Daha çox xəbərlər