Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək
ARANTV.AZ xəbər verir ki, yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülən işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq. İşçi Qrupunun iclasları növbəlilik prinsipi ilə hər iki ölkədə təşkil edilir, sonuncu – 7-ci iclas 2017-ci ilin noyabrında Berlində keçirilib.

