Hadisə 

Göyçayda iki yük maşını toqquşdu — Biri su kanalına düşdü (FOTOLAR)

Göyçay rayonu ərazisində iki yük maşını toqquşub.

ARANTV.AZ xəbər verir ki, qəza Göyçay rayonu Cəyirli kəndi ərazisində baş verib. Belə ki, rayon sakini İlkin Əliyev idarə etdiyi “Zil” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Mersedes Ateko” markalı ağır tonajlı yük maşını ilə toqquşub.

Nəticədə “Mersedes “ yoldan çıxaraq Şirvan su kanalına düşüb.  Avtomobildə olan sürücü və sərnişinlərin həyatı risk altında qalıb , onlar suda batmaq təhlükəsi ilə üzləşiblər.

Dərhal hadisə yerinə gələn Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Post Patrul Xidmətinin əməkdaşları onları xilas etmək üçün operativ tədbirlər görməyə başlayıblar. İlk öncə avtomobilin suda batmasının qarşısını almaq üçün xüsusi qoşqu vasitəsilə onu bərkidib, daha sonra təhlükəli də olsa su kanalına eniblər. Köməksiz vəziyyətdə qalan sürücü və sərnişinləri çətinliklə də olsa oradan çıxarmağa nail olublar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər