Hadisə 

Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz… – Şok təfərrüat

Bakıda yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilib.

ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Bakı şəhər sakini Elvin İsmayılov yetkinlik yaşına çatmayan Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər də edib.

Samirə Məmmədovanın valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Elvin İsmayılov həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda istintaq tədbirləri davam edir.

 

Daha çox xəbərlər