Hadisə 

Bakıda ƏMƏLİYYAT – Rüşvət verən şəxs həbs edildi

Bakıda rüşvət verdiyi üçün axtarışa verilmiş şəxs tutulub.

ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü Tabil Paşayev saxlanılıb.

Bildirilir ki, T.Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Məlum olub ki, T.Paşayev Xəzər rayon Qala qəsəbəsindədir və o tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

 

Daha çox xəbərlər