Hadisə 

Bacısı qızına təcavüz edən dayıya ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ARANTV.AZ xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Mehdiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Mehdiyev azyaşlı olan bacısı qızı Nigar Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Eldar Mürsəlov həbs edilib.

İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.oxu.az

Daha çox xəbərlər