Dünya 

İsveçrə hökuməti İran ilə maliyyə kanalı açmaq üçün ABŞ-dan icazə alıb

İsveçrə hökuməti İran ilə maliyyə kanalı açmaq üçün ABŞ-ın Maliyyə Nazirliyindən icazə alıb.

ARANTV.AZ azərtac-a istinadən bildirir ki, İranın neft satışından əldə etdiyi valyuta İsveçrə bankına daxil olacaq oradan isə İran banklarına köçürüləcək. İran-İsveçrə Ticarət Palatasının sədri Şərif Nizam Mafii bildirib ki, hazırda İranın Avropa banklarında pulu yoxdur. İran neftini Hindistan, Çin və Cənubi Koreyaya sata bilir. Gələcəkdə bu ölkələr neft üçün ödəməli olduqları pulu İsveçrə bankına köçürəcəklər. Onun sözlərinə görə hələlik İsveçrə tərəfi maliyyə kanalının yaradılması üzərində iş aparır. Bu iş başa çatdıqdan sonra İranın Asiya dövlətlərinin banklarındakı pulları İsveçrəyə oradan isə xüsusi maliyyə kanalı vasitəsi ilə Tehrana köçürüləcək.

Xatırladaq ki, ABŞ İrana Çinə, Hindistana, Cənubi Koreyaya neft satmaq üçün icazə verib. Lakin İranın banklarına tətbiq edilən sanksiyalara görə, satılan neft üçün ödənilməli olan pullar İrana daxil olmur.

Daha çox xəbərlər