Binəli Yıldırım istefa verir
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verəcəyini açıqlayıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, B.Yıldırım buna səbəb kimi Ədalət və İnkişaf Partiyasından İstanbul Böyükşehir Bələdiyyəsinə sədr namizədliyini göstərib.
O qeyd edib ki, namizədliyi təsdiqlənəcəyi təqdirdə fevralın 18-də istefa verəcək.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.

