Ötən il qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar 83 qadın məsuliyyətə cəlb olunub
Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4233 nəfər cəlb edilib.
ARANTV.AZ xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.
Qeyd olunub ki, onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaşadək 321 nəfər, 26-29 yaşadək 738 nəfər, 30 yaş və ondan yuxarı isə 3168 nəfər təşkil edir. Həmin şəxslərdən 4150-si kişi, 83-ü qadın olub.

